Вернуться назад Распечатать

Çili və Boliviya 71 ildən sonra münasibətləri yaxınlaşdırmağa çalışır

1xeber.media xəbər verir ki, Çili Prezidenti Xose Antonio Kast Boliviyaya səfər edib. Bu, Çili dövlət başçısının son 71 ildə Boliviyaya ilk rəsmi dövlət səfəri kimi qiymətləndirilir.

Kast La-Pas şəhərində Boliviya Prezidenti Rodriqo Pasla görüşüb. Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət sazişinin yenilənməsi, təhlükəsizlik və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Çili ilə Boliviya arasında münasibətlər uzun müddətdir tarixi ərazi mübahisələri səbəbindən gərgin olaraq qalır. Boliviya XIX əsrdə Sakit okean müharibəsindən sonra dənizə birbaşa çıxışını itirib. İki ölkə 1978-ci ildən bəri səfirlik səviyyəsində diplomatik münasibətlər saxlamır.

Səfər zamanı diplomatik əlaqələrin tam bərpası barədə qərar verilməsə də, tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində danışıqları davam etdirmək barədə razılığa gəliblər.