1xeber.media xəbər verir ki, 2026-cı il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanın əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən ölkə əhalisinin sayı 17 min 445 nəfər və ya 0,2 faiz artıb.
Əhalinin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir.
Cins bölgüsünə görə, ölkə əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardır.