Вернуться назад Распечатать

Araşdırma: Ət yeyən qadınların 100 yaşına çatmaq şansı daha yüksəkdir

1xeber.media xəbər verir ki, Çində 80 yaşdan yuxarı 5 mindən çox insanın iştirakı ilə aparılan araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarian qadınlarla müqayisədə daha yüksək olduğu müəyyən edilib. Araşdırmanın nəticələri “The American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.

Araşdırmaya görə, kişilər arasında vegetarian qidalanma ilə uzunömürlülük arasında statistik baxımdan əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Alimlər bədən çəkisinin də mühüm amil olduğunu müəyyən ediblər. Çəkisi normadan aşağı olan vegetarianlarda 100 yaşına çatmaq ehtimalı daha az olub. Bu qrupda ət yeyənlərin əsrə çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44 faiz yüksək olub. Normal və artıq çəkisi olan insanlarda isə ət istehlakı ilə uzunömürlülük arasında oxşar əlaqə qeydə alınmayıb.

Araşdırmada balıq, yumurta və süd məhsulları qəbul edən vegetarianların 100 yaşına çatmaq ehtimalının ət yeyənlərlə təxminən eyni olduğu da müəyyən edilib.

Tədqiqat müəllifləri bildirirlər ki, uzunömürlülüyü yalnız ət istehlakı ilə izah etmək olmaz. Kifayət qədər kalori və zəruri qida maddələrinin qəbulu, genetika, həyat tərzi və ümumi sağlamlıq vəziyyəti də insan ömrünə təsir edən amillərdir.