Вернуться назад Распечатать

AYNA yollarda xətlənmə işlərinə 21,5 milyon manat ayırır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda xətlənmə işlərinin aparılması ilə bağlı tender elan edib.

1xeber.media xəbər verir ki, tender üzrə satınalmanın ehtimal olunan qiyməti 21 milyon 547 min 284 manat təşkil edir.

Tender çərçivəsində ölkə ərazisindəki yollarda müxtəlif xətlənmə işlərinin görülməsi nəzərdə tutulur.

Satınalmada iştirak haqqı 3 232 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Tender üzrə əlaqələndirici şəxs AYNA-nın baş mütəxəssisi Rüfət Sərdarlıdır.

Tenderin qalibi müsabiqənin nəticələrinə əsasən müəyyənləşəcək.