Вернуться назад Распечатать

Dövlət qurumları fiziki şəxslərdən mebel və avadanlıqlar satın alıb

1xeber.media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi fiziki şəxs Hüseynov İsmayıl Canpolad oğlu ilə satınalma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, dövlət qurumu 5 015 manat dəyərində mebel alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi də fiziki şəxs Səmədov Babək Yaqub oğlu ilə müqavilə bağlayıb. Mebel və avadanlıqların satın alınmasını nəzərdə tutan müqavilənin dəyəri 968 manat təşkil edib.

Beləliklə, iki müqavilə üzrə fiziki şəxslərdən alınan mebel və avadanlıqların ümumi dəyəri 5 983 manat olub.