Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti hələ də bərpa edilməyib. Qatarların yeni tədris ili ərəfəsində xəttə qaytarılması nəzərdə tutulsa da, plan dəyişib.
1xeber.media xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, dəmir yolu infrastrukturu xüsusi diaqnostika qatarı ilə mütəmadi yoxlanılır. Yoxlama zamanı Xırdalan-Biləcəri sahəsində yerləşən körpüdə təmir tələb edən qüsurlar aşkarlanıb.
ADY bildirib ki, körpüdə təmir işləri başa çatdıqdan və yolun vəziyyəti yoxlanıldıqdan sonra Xırdalan-Sumqayıt marşrutu üzrə sərnişindaşıma bərpa ediləcək. Hazırda dəqiq bərpa tarixi açıqlanmayıb.
Qeyd edək ki, xətt üzrə qatarların hərəkəti 2025-ci ilin sentyabrında dayandırılıb. Avqust ayında ADY marşrutun yeni tədris ili başlayana qədər bərpa ediləcəyini bildirsə də, körpüdə əlavə təmir işlərinin yaranması səbəbindən proses uzanıb