Вернуться назад Распечатать

Azərbaycanda pensiyaların indeksasiya mexanizminin dəyişdirilməsi təklif olunur

1xeber.media xəbər verir ki, yeni qaydaya əsasən, pensiyalar orta aylıq əməkhaqqı səviyyəsinə qədər tam indeksasiya faizi ilə artırılacaq. Pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə həmin artıq hissəyə 0,2-0,5 əmsalı tətbiq ediləcək.

2026-cı il avqustun 1-nə ölkə üzrə orta aylıq əməkhaqqı 1176,7 manat təşkil edib. Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyası bu məbləğdən aşağıdır. Bu səbəbdən onların pensiyaları yeni əmsaldan təsirlənməyəcək və indeksasiya faizi tam tətbiq olunacaq.

Pensiyası 1176,7 manatdan yüksək olan şəxslər üçün isə məbləğin bu həddə qədər olan hissəsi tam indeksasiya ediləcək, artıq hissəyə 0,2-0,5 əmsalı tətbiq olunacaq.

Təklif edilən dəyişiklik Milli Məclisdə müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qanun qəbul ediləcəyi təqdirdə yeni mexanizmin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.