Вернуться назад Распечатать

2025-ci ildə 72 mindən çox gənc işlə təmin olunub

Azərbaycanda 2025-ci ildə Dövlət Məşğulluq Agentliyinin yerli qurumları vasitəsilə işlə təmin olunan gənclərin sayı 72 599 nəfər olub.

1xeber.media xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 17 536 nəfər və ya 31,8 faiz artıb. 2024-cü ildə dövlət xətti ilə 55 063 gənc işlə təmin edilmişdi.

Peşə hazırlığına cəlb olunan gənclərin sayı da yüksəlib. 2024-cü ildə 7 716 nəfər peşə təliminə göndərildiyi halda, 2025-ci ildə bu rəqəm 9 475 nəfərə çatıb. Artım 22,8 faiz təşkil edib.

Məlumata görə, 2025-ci ilin sonunda Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olan 15-29 yaşlı gənclərin sayı 60 262 nəfər olub. 2024-cü ilin sonunda bu rəqəm 54 535 nəfər təşkil edib.