Вернуться назад Распечатать

Ermənistan və Qırğızıstan Göyçə və İssık-Kul göllərinin qorunması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb

Ermənistan və Qırğızıstan Göyçə və İssık-Kul göllərinin qorunması ilə bağlı əməkdaşlıq memorandumu imzalayıb.

1xeber.media xəbər verir ki, sənəd Ermənistan Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarovun görüşündən sonra imzalanıb. Memorandum göllərin mühafizəsi və onların ekoloji vəziyyətinin qorunması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Görüşün yekununda vətəndaşların hərəkəti, pensiya təminatı, təhsil, elm və şəxsi məlumatların qorunması ilə bağlı bir sıra sənədlər də imzalanıb.

Tərəflər təhsil və elm sahəsində tələbə, müəllim və tədqiqatçı mübadiləsinin genişləndirilməsi, birgə proqramların hazırlanması barədə də razılığa gəliblər.