Bakının Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
1xeber.media xəbər verir ki, təmir işləri ilə əlaqədar oktyabrın 17-dən Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməyə qədər olan yol hissəsində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.
Əks istiqamətdə hərəkət isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudlaşdırılacaq.