Şuşa şəhər Kollecinin binasının əsaslı təmiri və bərpası üçün 4 milyon 492 min 872 manatlıq müqavilə imzalanıb.
1xeber.media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi işləri “İdeal TM” QSC-yə həvalə edib.
Təmir ediləcək bina Qarabağ Universitetinin Turizm fakültəsi kimi fəaliyyət göstərir.