Вернуться назад Распечатать

Zəngilanın böyük qayıdış hərəkatı: Dünyanın nəhəng şirkətləri rayonun bərpasına cəlb olundu

Zəngilan rayonunda işğaldan sonra dağıdılmış yaşayış məntəqələrinin və infrastrukturun bərpası davam edir.

1xeber.media xəbər verir ki, layihələrin icrasında Türkiyə, Çin, İsrail və İtaliya şirkətləri iştirak edir. Zəngilanın Ağalı kəndi “ağıllı kənd” pilot layihəsi çərçivəsində yenidən qurulub. Kənddə 200 fərdi ev istifadəyə verilib, daha 150 evin tikintisi həyata keçirilib.

Rayonda 124 kilometr uzunluğunda, 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolunun tikintisi də davam edir. Zəngilan hava limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat-logistika imkanlarını genişləndirib.

Bərpa layihələri çərçivəsində Zəngilan məscidi də yenidən inşa olunub. Məscidin tikintisinə 2021-ci ildə başlanılıb, açılışı isə 2024-cü il mayın 18-də keçirilib.

Zəngilan 2020-ci il oktyabrın 20-də işğaldan azad edilib. Həmin tarix 2023-cü ildən Zəngilan Şəhəri Günü kimi qeyd olunur.