Вернуться назад Распечатать

Azərbaycan iqtisadiyyatında nəqliyyat bumu:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 183 milyon 72,9 min ton yük daşınıb.

1xeber.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.

Daşınan yüklərin əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Hesabat dövründə avtomobillərlə 116 milyon 213,7 min ton yük daşınıb. Bu göstərici illik müqayisədə 6,7 faiz çoxdur.