Ötən gün Azərbaycanda axtarışda olan 51 nəfər polis tərəfindən saxlanılıb.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlardan 36 nəfər borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Oktyabrın 16-da keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 5 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.