Вернуться назад Распечатать

Cəmilə Fəyyazın qızı yüksək vəzifəyə gətirildi

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin yeni tərkibi təsdiqlənib.

1xeber.media  xəbər verir ki, oktyabrın 16-da partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə keçirilən ilk iclasında Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib. İclasda Nəzrin Cavid qızı Fəyyaz Gənclər Birliyinin sədr müavini təyin olunub.

Nəzrin Fəyyaz Qərbi Azərbaycan İcması Aparatının əməkdaşı, Qafan İcmasının üzvü Cəmilə Fəyyazın qızıdır. 

2002-ci il dekabrın 10-da Sumqayıt şəhərində anadan olan Nəzrin Fəyyaz Təfəkkür Liseyini bitirib. O, Qərbi Kaspi Universitetində bakalavr, Azərbaycan Texniki Universitetində isə biznesin idarə edilməsi və marketinq istiqaməti üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2024-cü ildə “Azəri Gənclər Alyansı”nda layihə rəhbəri kimi başlayan Nəzrin Fəyyaz hazırda İcbari Sığorta Bürosunun Risklərin idarə edilməsi şöbəsində çalışır. 2021-ci ildən YAP-ın üzvü olan Nəzrin Fəyyaz rus, ingilis, çin və türk dillərini bilir.