Вернуться назад Распечатать

Kənd təsərrüfatında milyardlıq dövriyyə: İlk 9 ayın aqrar statistikası açıqlandı

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

1xeber.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədə 447,4 min ton diri çəkidə ət və 1 milyard 810,7 milyon ədəd yumurta istehsal olunub. Ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz, yumurta istehsalı isə 1,2 faiz artıb.

Hesabat dövründə 1 milyon 998,8 min ton süd, 14,1 min ton yun və 155,8 ton barama istehsal edilib. Süd istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyib, yun istehsalı 3,4 faiz, barama istehsalı isə 16,5 faiz azalıb.

Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 905,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu göstərici illik müqayisədə 1,1 faiz çoxdur.