Вернуться назад Распечатать

Sabah yola çıxanların nəzərinə: Dumanlı hava ilə bağlı rəsmi xəbərdarlıq

Sabah Azərbaycanın bəzi magistral avtomobil yollarında duman səbəbindən görünüş məsafəsinin azalacağı gözlənilir.

1xeber.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 18-də gecə və səhər saatlarında ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.

Sürücülərə dumanlı hava şəraitində yollarda diqqətli olmaları və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.