1xeber.media xəbər verir ki, Bakıda avtobus sürücüsü vəzifəsi üzrə yeni vakansiya elan edilib. Namizədlərə 1350 manat gross əməkhaqqı, növbəli iş rejimi və əlavə sosial güzəştlər təklif olunur.
Vakansiyaya müraciət edən şəxslərin yaşı 65-dən çox olmamalı, D kateqoriyalı sürücülük vəsiqəsi olmalı və həqiqi hərbi xidmət keçməlidir. Avtobus idarəçiliyi sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İşə qəbul olunan sürücülər avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun idarə etməli, sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməlidirlər. Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl etmək də vəzifələrə daxildir.
İş yeri Bakı şəhəridir və iş növbəli rejimdə təşkil olunur. Əməkhaqqı 1350 manat gross təşkil edir. İş stajına uyğun maaş əlavələri, geyim forması və servis xidməti də nəzərdə tutulub.
Əməkdaşlara Bilgəh Sağlamlıq Mərkəzində və əməkdaşlıq edilən sanatoriyalarda güzəştli istirahət, eləcə də psixoloji dəstək xidməti təqdim olunur.
Vakansiyaya müraciət etmək istəyənlər hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya üzrə müraciətlərini tamamlaya bilərlər.