1xeber.media xəbər verir ki, Livan 20-22 oktyabr tarixlərində ABŞ-ın Florida ştatının Tampa şəhərində keçiriləcək görüşə nümayəndə heyəti göndərəcək.
Livan Prezidenti Cozef Aun bildirib ki, ABŞ Mərkəzi Komandanlığının himayəsi altında keçiriləcək görüşdə hərbi ekspertlər iştirak edəcək. Məqsəd İsrailin hücumlarının dayandırılmasına nail olmaqdır.
Aun İsraili atəşkəs razılaşmasına əməl etməməkdə və Livanın cənubundakı yaşayış məntəqələrinə hücumları davam etdirməkdə ittiham edib. O, həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatının 2027-ci ilin sonuna qədər uzadılmasına ümid etdiyini bildirib.