Вернуться назад Распечатать

Peruda yeni bitki növünə Messinin adı verildi

 

1xeber.media xəbər verir ki, Peruda aşkarlanan yeni və nəsli kəsilmək təhlükəsi altında olan bitki növünə argentinalı futbolçu Lionel Messinin şərəfinə “Salvia messii” adı verilib.

Bitkinin açıq mavi və ağ rəngli çiçəkləri Argentina millisinin formasını xatırladır. Məhz bu xüsusiyyət onun Messi ilə əlaqələndirilməsinə səbəb olub.

“Salvia messii” Peru ərazisindəki And dağlarında, 2 000-2 400 metr yüksəklikdə yerləşən qayalı və quraq yamaclarda yayılır. Bitkinin hündürlüyü təxminən 1,5 metrə çata bilər.

Növ məhdud yayılma arealına malikdir və iqlim dəyişikliyi, quraqlıq, meşə yanğınları və insan fəaliyyəti səbəbindən təhlükə altındadır.

Bitki dalamazkimilər (Lamiaceae) fəsiləsinə daxildir. Bu fəsiləyə aid bəzi bitkilərin antioksidant, iltihabəleyhinə və antiseptik xüsusiyyətləri ilə tanındığı bildirilir.

Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.