Вернуться назад Распечатать

Hindistanda yük maşını zəvvar qrupunu vurdu - Ölənlər var

Hindistanın Madhya-Pradeş ştatında, Qvalior şəhərindəki Şitala Mata məbədinin yaxınlığında yük maşını zəvvarlar qrupuna çırpılıb.

1xeber.media xəbər verir ki, NDTV-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 25-dən çox insan isə xəsarət alıb.

Hadisə yerli vaxtla saat 01:40 radələrində, Çinaur–Nayaqao yolunda, ibadət edənlərin qədim məbədə doğru piyada hərəkət etdikləri vaxt baş verib.

Sürücü enişli yolda nəqliyyat vasitəsinə nəzarəti itirib, ağır yük maşını bir neçə maneəni aşaraq insanların üzərinə çırpılıb.