Вернуться назад Распечатать

Gürcüstanın iqtisadi artımı Azərbaycan üçün fürsət yaradır

1xeber.media xəbər verir ki, Gürcüstanda iqtisadi fəallığın yüksək olması Azərbaycan üçün də müsbət amil hesab olunur. Bu barədə Maliyyə Nazirliyinin 2027–2030-cu illər üzrə ortamüddətli xərclər çərçivəsində məlumat verilib.

Sənədə əsasən, Gürcüstan iqtisadiyyatı 2025-ci ildə 7,5% böyüyüb. 2026-cı ildə artımın 5,3% olacağı proqnozlaşdırılır. Daxili tələb, xidmət sektoru, turizm, investisiyalar və tranzit-logistika fəaliyyəti əsas artım mənbələri kimi göstərilir.

Hökumət hesab edir ki, Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycanın ərzaq, tikinti materialları, kimya və digər qeyri-neft məhsullarına tələbin yüksəlməsinə şərait yarada bilər.

Sənəddə Türkiyə və Rusiyada iqtisadi artımın daha zəif olacağı, Özbəkistanda isə 2026-cı ildə artımın 6,5–6,8% təşkil edəcəyi proqnozlaşdırılır.