Вернуться назад Распечатать

Ekspert: İdarəetmə problemləri sahibkarları iflasa aparır

1xeber.media xəbər verir ki, Azərbaycanda sahibkarların üzləşdiyi problemlərin böyük hissəsi idarəetmə modellərinin olmaması ilə bağlıdır. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Ziya Hacılı bildirib.

Onun sözlərinə görə, bir çox şirkətdə şəffaflıq, kənar audit, maliyyə axınlarının açıqlığı və korporativ idarəetmə standartları tam formalaşmayıb.

Ziya Hacılı qeyd edib ki, işin başlanğıcında buraxılan kiçik səhvlər sonradan böyük maliyyə itkilərinə və hətta şirkətin iflasına səbəb ola bilər. Kiçik və orta biznes üçün idarəetmə sistemlərinin qurulması və maarifləndirmə tədbirlərinin artırılması vacibdir.