1xeber.media xəbər verir ki, Türkiyənin “X” platformasında “Ərəbləşməyəcəyik” mənasını verən #Araplaşmayacağız həştəqi ilə çoxsaylı paylaşımlar edilir.
Paylaşımlarda türk kimliyi, mədəniyyəti və adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səsləndirilir. Bir sıra istifadəçilər isə Azərbaycanla həmrəylik nümayiş etdirərək “Türk xalqı olaraq Azərbaycan xalqının yanındayıq” mesajını paylaşırlar.
İstifadəçilər Türkiyə və Azərbaycanın ortaq köklərinə və mədəni yaxınlığına da diqqət çəkirlər.