Вернуться назад Распечатать

Bakıda dana əti bölgələrdən 2 manat bahadır

1xeber.media xəbər verir ki, Bakıda dana ətinin qiyməti bəzi rayonlarla müqayisədə daha yüksəkdir.

Hazırda paytaxtda dana ətinin bir kiloqramı 19 manata satılır. Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, Bakıda dana əti bölgələrdən 1,50-2 manat baha təklif olunur.

Qəssablar qiymət fərqini əsasən bölgələrdən Bakıya ətin daşınması və satış xərcləri ilə əlaqələndirirlər. Bildirilir ki, əvvəlki dövrlə müqayisədə bəzi rayonlarla paytaxt arasındakı qiymət fərqi 2 manata qədər yüksəlib.

Quzu ətində də qiymət fərqi müşahidə olunur. Bakıda 15-17 kiloqram çəkisi olan quzuların ətinin bir kiloqramı 21 manata satılır. Əmlik quzuların əti isə daha yüksək qiymətə təklif edilir.

Bölgələrdə çalışan qəssabların sözlərinə görə, son aylarda ətin alış qiyməti davamlı artıb. Satıcıların bir qismi yaxın dövrdə bahalaşmanın davam edə biləcəyini düşünür.