
1xeber.media xəbər verir ki, Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən Cavidan İbrahimli küçəsi aylardır nəqliyyatın hərəkəti üçün bağlıdır.
Ərazi beton plitələrlə bağlanıb. Sakinlərin sözlərinə görə, istifadə etdikləri yolda hələ də təmir işlərinə başlanılmayıb. Küçənin aşağı hissəsində hərəkətin artması tıxaclara səbəb olur, yuxarı hissədəki alternativ yol isə bağlı saxlanılır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. Hazırda ərazidə araşdırma və layihələndirməyə hazırlıq işləri aparılır.
FHN, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiya şirkətinin mütəxəssisləri ərazidə geoloji tədqiqatlar həyata keçirirlər.
Tədqiqatlar başa çatdıqdan sonra yolun vəziyyəti ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılacağı və ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.