Вернуться назад Распечатать

Bakı metrosuna 302 milyon dollar kredit ayrılıb

1xeber.media xəbər verir ki, Bakı Metropoliteninin genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Vəsait ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, proqram çərçivəsində 9 yeni stansiyanın, 2 deponun və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi nəzərdə tutulur. Layihəyə 300 yeni metro vaqonunun alınması və metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi də daxildir.

Layihənin əsas məqsədi metro xidmətlərinin əhatə dairəsini və sərnişindaşıma imkanlarını artırmaq, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaqdır.

Hazırda Bakı metrosunda 27 stansiya fəaliyyət göstərir. Proqramın icrası ilə stansiyaların sayının 37-yə çatdırılması planlaşdırılır. Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə bu rəqəmin ən azı 50-yə yüksəldilməsi Bakı kimi böyük şəhər üçün vacibdir.

Metro infrastrukturunun yenilənməsi, qatarların hərəkət intervalının azaldılması və yeni xətlərin inşası layihənin əsas istiqamətləri sırasındadır.

2026-cı ilin iyununda isə Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin birinci mərhələsi üzrə 180 milyon dollarlıq kredit sazişləri imzalanıb.