Вернуться назад Распечатать

Türkiyədə din və elm qarşıdurması: Cübbəli Əhməddən mübahisəli açıqlama

Dini fanatizmin hansı nöqtəyə gəlib çatdığını görmək üçün qardaş Türkiyənin hazırkı halına baxmaq yetərlidir.

Dünən Cübbəli Ahmet Hoca kimi tanınan “din alimi” Türkiyənin Samsun şəhərində moizə oxumağa gedib və zaldakı qələbəliyə diqqət edin. Samsuna bir alim gəlsə, o zala 30 adam toplaşmaz.
Cübbəli Ahmet az öncə Avropa çempionu olan voleybolçu qızları təbrik etməyin günah olduğunu demişdi. Amma bundan daha qorxulusu odur ki, Cübbəli Ahmet aşıq-aşkar elmə qarşı çağırışlar edir.
Onun çıxışından kiçik bir parça: “İngilis dilindən tərifnamə... Nə edəcəyəm ingilis dilini? Qəbirdə keçməz, məzarda keçməz, məşhərdə keçməz. Ha var yu, nə var yu...”
Başqa bir çıxışı: “Teleskop, mikroskop, daha nələr çıxardılar. Kosmos elmləri, alimləri, milyard dollarlıq büdcələr filan-falan... Hələ birinci qat səmanın aşağısında olan planetlər və ulduzlar haqqında.., Marsda su varmı, Merihdə (Marsın ərəbcə adı – red.) ət varmı, o biri tərəfdə büt varmı... Manyak-manyak işlər. Mən sənə söyləyim, sən ora çıxmadan dünya qopacaq. Məsrəfə dəyməz. Yəni o qədər, 70 milyard dollar, 100 milyard dollar... Ver mənə yüz min dollar, mən sənə hamısını söyləyim”...
Qısası, din elmin içinə girdisə, sonunda mütləq belə olmalıdır. Türkiyədə artıq Təkamül Nəzəriyyəsi məktəblərdə qadağan edilib, bir müddətdən sonra Astronomiya da qadağan edilsə, təəccüblənməyin. Bizim yol