Bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-qida məhsulları arasında ən çox zərgərlik məmulatları bahalaşıb.
1xeber.media yeni avaz-a istinadla xəbər verir ki,bu ilin yanvar-sentyabr aylarında zərgərlik məmulatlarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz artıb. Bu, qeyri-qida məhsulları arasında qeydə alınan ən yüksək bahalaşma göstəricisidir.
Hesabat dövründə qiyməti ən çox artan digər məhsullar arasında yanacaq məhsulları – benzin və dizel yanacağı da olub. Benzin və dizelin qiyməti 5,2 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ucuzlaşan qeyri-qida məhsulları arasında isə minik avtomobilləri fərqlənib. Belə ki, onların qiyməti 1,8 faiz azalıb.