Вернуться назад Распечатать

Gənc ailələrdə mobil telefonların sayı diqqət çəkir

1xeber.media xəbər verir ki, Azərbaycanda yaşı 30-dan aşağı olan şəxslərin rəhbərlik etdiyi ev təsərrüfatlarında mobil telefonların sayı kompüterləri xeyli üstələyir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə hər 100 belə ev təsərrüfatına orta hesabla 216,9 mobil telefon düşüb.

Həmin ev təsərrüfatlarında hər 100 ailəyə 66 kompüter, 107,1 televizor, 105,3 soyuducu və dondurucu, 90 paltaryuyan maşın və 86,6 tozsoran düşüb.

Mikrodalğalı sobaların sayı isə daha aşağı olub. Hər 100 ev təsərrüfatına 15,9 mikrodalğalı soba qeydə alınıb.

Qeyd edək ki, bu rəqəmlər avadanlığa sahib olan ailələrin faizini deyil, hər 100 ev təsərrüfatına düşən cihazların ümumi sayını göstərir.