Вернуться назад Распечатать

Sel və dolu təhlükəsi-Xəbərdarlıq edildi

1xeber.media xəbər verir ki, oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayrı-ayrı yerlərdə yağış qısamüddətli leysan xarakterli olacaq. Bəzi ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Yağıntılar çaylarda sululuğun artmasına səbəb ola bilər. Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.