1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit oktyabrın 16-da Parisdə Selin Dionun konsertində iştirak ediblər.
Makron cütlüyü “Plenitude Arena”da keçirilən konsertə gizli şəkildə daxil olub və VIP lojada əyləşib. Onların salonda olduğu tamaşaçılar tərəfindən fərq edilib. Konserti təxminən 35 min nəfər izləyib.
Prezidentin konsertə getməsi Fransada oktyabrın 17-nə planlaşdırılan kütləvi etiraz aksiyalarından bir gün əvvələ təsadüf edib. Bu səbəbdən Makronun addımı sosial şəbəkələrdə və siyasi dairələrdə tənqid olunub. Bəzi istifadəçilər ölkədə sosial gərginliyin artdığı vaxt prezidentin konsertdə iştirakını yolverilməz hesab ediblər.