İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampı İslam Respublikasına qarşı yeni hərbi əməliyyatın mümkün nəticələri barədə xəbərdarlıq edib.
1xeber.media xəbər verir ki, o, İsrailin baş naziri Benyamin Netanyahunun öz siyasi təhlükəsizliyini qorumaq üçün Vaşinqtonu başqa bir müharibəyə sürüklədiyini deyib.
"Sonuncu dəfə "başladığınız işi bitirmək" istədikdə, İran daha da gücləndi. Yenidən şansınızı sınamaq istəyirsiniz? Buyurun. Amma diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var", - Əraqçi "X" sosial media platformasında yazıb.