Вернуться назад Распечатать

Bakının bu ərazilərində işıq kəsiləcək

1xeber.media xəbər verir ki, paytaxtın Nizami rayonunun bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişi 5 saat müddətinə məhdudlaşdırılacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik təchizatının keyfiyyətini artırmaq və artan enerji tələbatını qarşılamaq məqsədilə Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində rele-mühafizəsi və avtomatika sistemləri yoxlanılacaq.

Təmir və yoxlama işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski və İsmayıl Məmmədov küçələrində, həmçinin Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bildirilib ki, işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.