Вернуться назад Распечатать

Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib

1xeber.media oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq araşdırmaları davam etdirilir.