Axar.az xəbər saytı 13 yaşını qeyd edir.
1xeber.media xəbər verir ki, 2013-cü il oktyabrın 19-da oxucularla ilk görüşünə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Axar.az Azərbaycan, ingilis, rus və fars dillərində olmaqla dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.
1xeber.media kollektivi olaraq həmkarlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.