Tbilisi şəhərində “Gürcüstan-Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa keçirilir.
1xeber.media xəbər verir ki, dəyirmi masa çərçivəsində Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, o cümlədən enerji əməkdaşlığı, nəqliyyat və logistika, Orta Dəhliz, ticarət və iqtisadi əlaqələr, eləcə də Cənubi Qafqazda regional əməkdaşlıq məsələləri müzakirə edilir.