Вернуться назад Распечатать

Zaqatalada şabalıdın qiyməti 11 manata çatıb

1xeber.media xəbər verir ki, Zaqatalada şabalıd yığımı davam edir. Bağ sahibləri son illərdə ağacların quruması, zərərvericilərin yayılması və xəstəliklər səbəbindən məhsuldarlığın azaldığını bildirirlər.

Sakinlərin sözlərinə görə, şabalıdın qiyməti hazırda 5-11 manat arasında dəyişir. Məhsulun bir hissəsi bölgəyə gələn alıcılara əvvəlcədən razılaşma əsasında satılır.

Mütəxəssislər Şəki-Zaqatala bölgəsində şabalıd ağaclarına zərər vuran həşərat və xəstəliklərin yayıldığını bildirirlər. Son üç ildə bioloji mübarizə tədbirləri də həyata keçirilir.