1xeber.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti aprelin 28-i gün ərzində də davam edəcək.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, aprelin 28-də gecə saatlarından etibarən küləyin sürəti tədricən azalacaq.
Beləliklə, paytaxt və Abşeron yarımadasında küləkli hava şəraitinin aprelin 28-dən sonra zəifləyəcəyi gözlənilir.