Вернуться назад Распечатать

Ukraynaya qış öncəsi 11 generator göndərildi

1xeber.media xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyinə ağır qış mövsümü ərəfəsində yardım məqsədilə 11 generator təqdim edilib.

Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Diplomat bildirib ki, yardım aksiyası davam edir. O, biznes nümayəndələrini və Ukraynanın dostlarını təşəbbüsə qoşulmağa çağırıb.