“Ermənistanın əsas vəzifəsi Azərbaycanla sülh sazişini imzalamaq və ratifikasiya etməkdir”.
1xeber.media xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Ermənistanın gələcəkdə əsas vəzifəsi Azərbaycanla sülh sazişini imzalamaq və ratifikasiya etmək, eləcə də sərhədlərin tam delimitasiyası və demarkasiyası işlərini aparmaqdır”, - nazir bildirib.