1xeber.media xəbər verir ki, Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. Oktyabr ayında yeni tikili mənzillər 14,3 faiz, köhnə tikililər 10,6 faiz, torpaq sahələri isə 17 faiz bahalaşıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, ilin sonuna qədər torpağın qiymətinin daha 7-8 faiz, mənzillərin isə təxminən 5 faiz artacağı gözlənilir.
Qiymət artımı daha çox şəhərin mərkəzi və dənizkənarı ərazilərində müşahidə olunur. Torpaq sahələrinin məhdud olması, tikinti materialları və digər xərclərin yüksəlməsi bahalaşmanın əsas səbəbləri sırasında göstərilir.