Вернуться назад Распечатать

İlon Maskdan qorxulu və ŞOK proqnoz: "5 il sonra bəşəriyyəti üstələyəcək!"

1xeber.media xəbər verir ki, İlon Mask süni intellektin yaxın illərdə bütün bəşəriyyətin ümumi intellektini üstələyə biləcəyini bildirib.

Maskın proqnozuna görə, bu, təxminən beş il ərzində baş verə bilər. O hesab edir ki, 2036-cı ilə qədər robotlar və süni intellekt sistemləri fiziki və intellektual əməyin böyük hissəsini yerinə yetirə biləcək.

Milyarderin fikrincə, belə bir inkişaf nəticəsində insanların işləməsi zərurətdən daha çox seçimə çevrilə bilər. O, süni intellektin istehsal imkanlarının genişlənməsi ilə gələcəkdə böyük bolluq yarana biləcəyini də proqnozlaşdırıb.