Вернуться назад Распечатать

"Milli təhlükəsizlik hər şeydən öndədir" — Ədalət Verdiyev Ankara ilə viza məsələsini gündəmə gətirdi!

“Son dövrlərdə Türkiyə daxilində ifrat şovinist, radikal millətçi və ksenofob meyllərin sürətlə artması müşahidə olunur ki, bu da ümumilikdə regional sabitliyə mənfi təsir göstərir. Türkiyədə mövcud olan radikal siyasi və marjinal qrupların Azərbaycana sərbəst şəkildə keçməsi və ölkəmizdəki gənclər arasında zərərli ideoloji təbliğat aparmasının qarşısını almaq üçün tədbirlər görülməsini zəruri edir. Belə bir tədbirlərdən biri də viza rejiminin bərpası məsələsini gündəmə gətirir”.

1xeber.media  xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Ədalət Verdiyev çıxış edib.

O, bildirib ki,  bu tədbirlərin əsas məqsədi Türkiyədə dövlət strukturlarına, təhsil və maliyyə sisteminə nüfuz edən çoxsaylı dini təriqətlərin Azərbaycandakı fəaliyyətini məhdudlaşdırmaq, ölkəmizin dünyəvi dövlət quruluşunu hədəf almaga cəhd edən dini strukturlara ciddi nəzarət mexanizmi yaradılmasindan ibarətdir. 

“Əvvəllər FETÖ və nurçuluq şəbəkəsi kimi fəaliyyət göstərən qruplar bu gün "mədəniyyət/təhsil dərnəkləri" kimi fərqli adlar altında yenidən Azərbaycana sızmaq cəhdləri müşahidə olunur.

"Süleymançılar" və "İsmayıl ağa camaatı" kimi güclü iqtisadi və sosial infrastruktura malik olan bu təriqətlər, öz qapalı icma modellərini Azərbaycana daşımaq potensialına malikdirlər.

Son günlər baş verən gərginliklər zamanın Türkiyədə indiyədək “Bir millət iki dövlət” şüarı səsləndirən, əslində isə Azərbaycana qarşı düşmən mövqedə olan və indi açıq şəkildə Azərbaycanda cinayətlərə çağırışlar edən şəxslərin olduğu artıq təsdiqlənmiş faktdır. Bu qrupların nəzarətsiz gediş-gəlişdən istifadə edərək Azərbaycanda dini-siyasi hüceyrələr qurmasının qarşısı yalnız viza süzgəci ilə alına bilər.

Buza tətbiqi Türkiyədə fəaliyyət göstərən və maliyyə dövriyyəsi şəffaf olmayan bəzi dini fond və dərnəklərdən gələn təhlükənin qarşısını almaq yeganə çıxış yoludur.

Digər tərəfdən isə mətbuatda yer alan kəşfiyyat yönümlü təsir agentləri, saxta profil köçürmələri və ya "nüfuz casusluğu" iddiaları sərhəd nəzarətinin maksimum həddə çatdırılmasını tələb edir. Sərhədlərin yalnız şəxsiyyət vəsiqəsi ilə keçilməsi, ölkəyə daxil olan şəxslərin keçmişi və məqsədləri barədə dərindən analiz aparmağa imkan vermir. Elektron viza (e-viza) və ya klassik viza modelinə keçid, milli təhlükəsizlik orqanlarına preventiv nəzarət imkanı qazandıracaq.

Türkiyə ilə Azərbaycan arasındakı 'Bir millət, iki dövlət' prinsipi mənəvi və strateji müttəfiqliyi ifadə edir, lakin bizim üçün ən prioritet məsələ dövlət təhlükəsizliyi məsələsidir. Odur ki, Türkiyə daxilində idarəolunmaz həddə çatan təriqətlərarası mübarizə, FETÖ, Nurçuluq, Süleymançılar kimi şəbəkələrin və ifrat radikal qrupların Azərbaycanın dünyəvi dövlət quruluşuna sızmasının qarşısını almaq üçün viza rejiminin bərpası məsələsi hazırda aktual müzakirə mövzusuna cevrlə bilər.

Azərbaycan tərəfindən tətbiq ediləcək viza rejimi sərhəd və dövlət təhlükəsizliyi məsələsidir, bu iki ölkənin müttəfiqliyə kölgə salmır, əksinə, Azərbaycanı daxili xaos risklərindən sığortalayır.

Hesab edirəm ki, aidiyyəti dövlət strukturları viza rejimi ilə bağlı zəruri olan addımları razılaşdırmalı və onu qışa müddətdə tətbiqi üçün tədbirlər görməlidir”.