Вернуться назад Распечатать

Sankt-Peterburqda dəhşətli virus: 5 nəfərdə meymunçiçəyi aşkarlandı

1xeber.media xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfərdə meymunçiçəyi (Mpox) virusu təsdiqlənib.

Məlumata görə, xəstələr Botkin adına Klinik İnfeksion Xəstəxanasında müalicə olunur. Həkimlərin bildirdiyinə əsasən, onların vəziyyəti stabildir və xəstəlik yüngül və orta ağırlıqda keçir.

Meymunçiçəyi diaqnozu daha əvvəl xəstəxanaya yerləşdirilən beş nəfərdə laborator müayinələr nəticəsində təsdiqlənib.

Qeyd edək ki, oktyabrın 15-də Moskva vilayətində mümkün meymunçiçəyi halı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılmışdı.