Вернуться назад Распечатать

Milli Məclisdə yeni təyinat: Hafiz İsmayılbəylinin namizədliyi müzakirə olunacaq

1xeber.media xəbər verir ki, Hesablama Palatasına yeni auditor təyin edilməsi nəzərdə tutulur.

Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Yeni auditor vəzifəsinə Hafiz Mahir oğlu İsmayılbəylinin namizədliyi irəli sürülüb.

Hazırda Hesablama Palatasında 5 auditor fəaliyyət göstərir.

İclasın gündəliyində “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi də nəzərdə tutulub.