Вернуться назад Распечатать

Bakı hava limanında həyəcanlı anlar: İsveçrə təyyarəsinin kapitanı təcili eniş istədi

1xeber.media xəbər verir ki, İsveçrənin SWISS aviaşirkətinə məxsus, Sürix–Şanxay marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib.

Oktyabrın 19-da SWR-188 reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Buna səbəb sərnişinlərdən birinin səhhətində yaranan problem olub.

“Airbus A350-900” tipli təyyarə yerli vaxtla saat 19:21-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Aeroportda sərnişinə tibbi heyət tərəfindən ilkin yardım göstərilib. Reysin davam etdirilib-etdirilməyəcəyi barədə qərarı təyyarənin kapitanı verəcək.