Вернуться назад Распечатать

Ölkənin ən güclü snukerçiləri Bakıda toplanır — Azərbaycan çempionatı başlayır

1xeber.media xəbər verir ki, Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Bilyard Federasiyasının məlumatına görə, üç gün davam edəcək yarış oktyabrın 31-dən noyabrın 2-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.

Çempionatın əsas məqsədi ölkənin ən güclü snukerçilərini müəyyənləşdirmək, idmançıların peşəkarlıq səviyyəsini artırmaq və snukeri daha geniş auditoriyaya tanıtmaqdır.

Yarış bilyard idmanının inkişafı və gənclərin bu idman növünə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsidir.