Вернуться назад Распечатать

Tıxacda itən zaman: Bakı yollarındakı sıxlıq həyatımıza necə təsir edir?

Paytaxt Bakıda nəqliyyat sıxlığı artıq sadəcə sürücülərin deyil, bütöv cəmiyyətin ortaq probleminə çevrilib. Hər gün işə, dərsə tələsən minlərlə insan yollarda saatlarla vaxt itirməli olur. Ekspertlərin rəylərinə görə, tıxac məsələsi artıq yalnız bir yerdən başqa yerə gecikmək problemi deyil.

1xeber.media xatırladır ki,yollarda keçən gərgin dəqiqələr insanların gün ərzindəki məhsuldarlığına, psixoloji vəziyyətinə və ümumi sağlamlığına birbaşa mənfi təsir göstərir. 

Tıxacların digər bir görünməyən tərəfi isə onun iqtisadi və ekoloji fəsadlarıdır. Havaya atılan zərərli qazların miqdarı artır, eyni zamanda fərdlərin şəxsi büdcəsinə yanacaq xərcləri baxımından əlavə yük düşür.
Problemin həlli üçün ictimai nəqliyyatdan daha aktiv istifadə olunması, tramvay xətlərinin bərpası layihələri və alternativ nəqliyyat vasitələrinin (məsələn, skuter və velosipedlər) təşviqi böyük əhəmiyyət kəsb edir. Bu gün şəhər mədəniyyətinin ən mühüm şərtlərindən biri yollarda bir-birimizə qarşı təmkinli, qaydalara riayət edən və hörmətlə yanaşan sürücü və piyada ola bilməkdir
Aidə Tofiqqızı