Вернуться назад Распечатать

Bələdiyyə sədri və oğlu rüşvətə görə həbs edilib

Türkiyənin Muğla əyalətinin Milas rayon bələdiyyəsində rüşvət və tenderdə saxtakarlığa dair aparılan istintaq çərçivəsində bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da daxil olmaqla 35 şübhəli barəsində həbs qətimkan qərarı verilib.

1xeber.media  xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, Türkiyənin 13 əyalətində eyni vaxtda keçirilən əməliyyat nəticəsində 29 nəfər tutulub.